ABŞ-da 6 yaşlı şagird müəllimini güllələyibbackend

ABŞ-da 6 yaşlı şagird müəllimini güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Virciniya ştatında polis ibtidai məktəb (qadın) müəlliminə atəş açan 6 yaşlı şagirdi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Polis rəisi Stiv Dryunun sözlərinə görə, onlar arasında mübahisə yaranıb və bu zaman şagird müəllimə atəş açıb. Bu zaman yaxınlıqda başqa şagird olmayıb.

O, həmçinin qeyd edib ki, müəllimin vəziyyəti ağırdır və aldığı yaralar həyati təhlükə hesab olunur.