ABŞ-da təsirli olan çovğun və şaxtalı soyuqlar ən azı 39 nəfərin ölümünə, on minlərlə insanın işıqsız qalmasına səbəb olub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Nyu-York qubernatoru Kathy Hochulun açıqlamasına görə, ən çox ölüm sayı 17 nəfərlə Nyu York əyalətində qeydə alınıb.
Ştatda ölümlərdən 10-nun Buffalo şəhərində qeydə alınması ilə ölənlərin sayının artacağı gözlənilir.
Qar fırtınasının təxminən 129 km/saat sürətlə Buffaloya doğru irəlilədiyini bildirən Qubernator Hochul bunun şəhər tarixindəki ən dağıdıcı fırtına olduğunu bildirib.
Men, Nyu-York, Nyu-Hempşir, Virciniya və Floridada 165 mindən çox insan işıqsız qalıb.
Digər tərəfdən Yeni il günü 2000-dən çox reys ləğv edilib.