ABŞ-da gecə klubunda baş verən atışmada 12 nəfər yaralanıbbackend

ABŞ-da gecə klubunda baş verən atışmada 12 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Luizina ştatının Baton-Ruj şəhərində gecə klubunda baş verən atışmada 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Yerli polis departamenti hadisənin məqsədli hücum olduğunu və təsadüfi zorakılıq aktı olmadığını bildirib.

“CNN”in hüquq-mühafizə orqanlarındakı mənbəsi əlavə edib ki, atışma gecə klubunda olan iki qrup arasında olub. Belə ki, dava silahlı insidentlə nəticələnib. Hazırda şübhəli şəxslərin axtarışı aparılır.

Yanvarın 21-də axşam saatlarında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində naməlum şəxsin “Çin Yeni ili” festivalının iştirakçılarına atəş açması nəticəsində azı 10 nəfər həlak olub.