ABŞ-da “Qurani-Kərim”in yandırılması əleyhinə aksiya keçirilibbackend

ABŞ-da “Qurani-Kərim”in yandırılması əleyhinə aksiya keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-York şəhərində türk fəallarının İsveçin paytaxtı Stokholmda səfirlik binasının önündə “Qurani-Kərim”in yandırmasına qarşı etiraz aksiya keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, İsveçin Nyu-Yorkdakı Baş Konsulluğunun binası önündə baş tutan kütləvi aksiyada ABŞ-da fəaliyyət göstərən türk icmasının fəalları, eləcə də digər müsəlmanlar iştirak ediblər.

Aksiyada “Qurana uzanan əllər qırılsın!” şüarı səsləndirilib, dünyada yaşayan müsəlmanların baş verənlər qarşısında susmayacağı deyilib.

Tədbirdə çıxış edən müsəlman təşkilatlarının rəhbərləri İsveç hakimiyyətində hüquq müstəvisində tədbir görülməsi tələb ediblər.

Daha sonra aksiya iştirakçıları səfirlik binasının önünə doğru hərəkət ediblər. Nümayişçilər binanın önündə İsveç Konsulluğuna ünvanlanmış bəyanatı oxuyublar. Bəyanatda İslamın sülh, barış dini olduğu qeyd olunub və “Qurani-Kərim”in yandırılmasının sadəcə İslam dininə deyil, digər dinlərə olan hörmətsizliyin təzahürü olduğu vurğulanıb. Həmçinin islamofobiyanın qarşısının alınması üçün İsveç hakimiyyətinin konkret tədbir görməsi tələb edilib.

Sonda nümayişçilər diplomatik korpusun önünə “Qurani-Kərim”də bəhsi keçən “LASA” (oxu) sözü yazılan qara çiçəklərlə bəzədilmiş çələng buraxıblar.