ABŞ dövlət katibi Avstriya xarici işlər naziri ilə Ukraynaya yardım məsələsini müzakirə edibbackend

ABŞ dövlət katibi Avstriya xarici işlər naziri ilə Ukraynaya yardım məsələsini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken və Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq Vaşinqtonda keçirilən görüşdə Ukraynaya yardım və anti-Rusiya tədbirlərini müzakirə ediblər.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatda bildirilib. Onun sözlərinə görə, tərəflər gələcək ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Ukraynaya kömək göstərilməsini, xüsusi hərbi əməliyyat aparması ilə bağlı Rusiyanı məsuliyyətə cəlb etməyin zəruriliyini müzakirə ediblər. Onlar, həmçinin ATƏT-in dialoq platforması kimi vacibliyindən danışıblar.