“ABŞ əfqan pulları ilə özünü soyğunçu kimi aparır” – Çin XİNbackend

“ABŞ əfqan pulları ilə özünü soyğunçu kimi aparır” – Çin XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyasının Əfqanıstan Mərkəzi Bankının aktivlərini qaytarmamaq barədəki qərarı «soyğunçu davranışından» fərqlənmir.

İnterpress.az xəbər verir ki, bu barədə fevralın 15-də Çin Xalq Respublikası XİN-nin rəsmi nümyəndəsi Van Venbin bəyan edib.

Venbin deyib ki, bu, soyğunçu davranışından fərqlənmir:

“Belə nümunə bir daha onu təsdiqləyir ki, onların dediyi kimi, ABŞ zəiflərin hüquqlarını və ədaləti müdafiə etmir, yalnız Birləşmiş Ştatların hegemonluğunu dəstəkləyir. Əfəqanıstandakı böhranın tərəflərindən biri olaraq, ABŞ əfqan xalqının əzablarını dərinləşdirməyə son qoymalı, bu aktivləri geri qaytarmalı, birtərəfli sanksiyaları ləğv etməli və bu ölkədə humanitar böhranın yumşaldırması üzrə öhdəliklərini tanımalıdır”.