ABŞ Hərbi Dəniz Qüvvələri “Sikorsky CH-53K King Stallion” (“Royal Stallion”) ağır hərbi nəqliyyat helikopterlərinin tammiqyaslı istehsalına icazə verib.
Bu barədə istehsalçı “Lockheed Martin”in saytında məlumat verilib.
“Lockheed Martin”in bu cür təyyarələrin istehsalı proqramının direktoru Bill Falkın sözlərinə görə, “dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş helikopterinin istehsalının genişləndirilməsi ABŞ Dəniz Piyadaları Korpusuna “CH-53K” donanmasını əlavə etməyə və öz missiyasının uğuruna töhfə verməyə imkan verir”.
O qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinin “CH-53K”nın genişmiqyaslı istehsalına sadiqliyi bu helikopterlər üçün müxtəlif komponentlər təmin edən “200-dən çox müəssisənin şəbəkəsinə inamı ruhlandırır”, həmçinin həm ABŞ hökuməti, həm də bu maşınları əldə edən Vaşinqtonun tərəfdaşları üçün xərcləri azaldır.