ABŞ-da müxtəlif sahələrdə qaradərililərə qarşı davam edən ayrı-seçkiliyin səhiyyə sistemində də müşahidə edildiyi bildirilir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Florida Universiteti İctimai Sağlamlıq və Sağlamlıq Peşələri Fakültəsi, Nitq, Dil və Eşitmə Elmləri Bölməsinin müdiri, Prof. Dr. Çarlz Ellis Jr. ABŞ-da səhiyyə sektorunda irqi əsaslı ayrı-seçkiliyi qiymətləndirib.
Səhiyyədə ayrı-seçkiliyin fonunu və onun qaradərili insanlara təsirini araşdıran Ellis ABŞ-da səhiyyə sektorundakı bərabərsizliklərin uzun bir tarixə malik olduğunu bildirib.