ABŞ Türkiyənin İstanbul şəhərində baş verən terror aktını qətiyyətlə pisləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer tviterdə bildirib.
O, hadisə zamanı yaralananlara şəfa diləyib, dünyasını dəyişənlərin yaxınlarına isə başsağlığı verib.
Qeyd edək ki, dünən Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.






