ABŞ-nin ən yaşlı insanı 115 yaşında vəfat edibbackend

ABŞ-nin ən yaşlı insanı 115 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin ən yaşlı insanı Bessi Hendriks 115 yaşında ölüb.

“Report” xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, qadın çərşənbə axşamı dünyasını dəyişib.

Hendriks, gerontoloqlardan ibarət tədqiqat qrupuna görə, dünyanın dördüncü ən yaşlı insanı idi. Belə ki, o, 1907-ci il noyabrın 7-də Ayova ştatında anadan olub, beş uşağından ikisi sağ qalıb. Qadının 5 övladından ikisi artıq vəfat edib.

Qəzet yazıb ki, qadın 110 yaşı tamam olanda uzun və uğurlu həyatın sirrinin “ağır zəhmətdə” olduğunu deyib.