ABŞ Rusiya ilə məhbus mübadiləsinin mümkünlüyünü açıqlayıbbackend

ABŞ Rusiya ilə məhbus mübadiləsinin mümkünlüyünü açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ məhbus mübadiləsi imkanları ilə bağlı danışıqları davam etdirir.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz Pol Uilanla bağlı ictimaiyyət qarşısında danışıqlar aparmayacağıq. Və mən ruslarla davam edən danışıqların kontekstini və ya təfərrüatlarını açıqlamağa belə başlamazdım. Danışıqlar davam edir” – deyə, o bildirib.

Qeyd edək ki, ABŞ, Kanada və İrlandiya vətəndaşlığı ilə yanaşı, Böyük Britaniya vətəndaşlığı olan Uilan Rusiyada 16 il sərt rejimli koloniyaya məhkum edilib.