ABŞ Suriyanı zəlzələyə görə sanksiyalardan azad edib.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
ABŞ rəhbərliyi episentri Türkiyənin Kahramanmaraş vilayəti olan zəlzələnin yaratdığı itkilərlə bağlı Suriyanı sanksiyadan 180 günlük azad edib.
ABŞ-ın sanksiya proqramlarının qanuni humanitar yardımı hədəf almadığı və verilən azadlığın davam edən zəlzələ böhranında ABŞ-ın Suriya xalqını dəstəkləmək öhdəliyini əks etdirdiyi bildirilib.