ABŞ “uçan boşqabları” izləyir: Xüsusi qrup yaradılıbbackend

ABŞ “uçan boşqabları” izləyir: Xüsusi qrup yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektləri izləmək üçün xüsusi qrupunu yenidən təşkil edib. O, AOIMSG (Airborne Object Identification and Management Synchronization Group) , yəni Hava Obyektlərinə Yaxınlaşmanın İdentifikasiyası və Sinxronizasiyası Qrupu adlanacaq.

qrup bu obyektlərinin yerinin müəyyən edilməsi, aviasiya təhlükəsizliyi və milli təhlükəsizliyə aid hər hansı təhdidlərin qiymətləndirilməsi,aradanqaldırlması Departamentin və ABŞ-ın digər dövlət qurumlarının səylərini sinxronlaşdıracaq.

Pentaqon rəsmilərinin dediyinə görə, ordu hər hansı bir uçan obyektə havadan basqın edilməsi barədə məlumatı çox ciddi qəbul edir və onların hər birini araşdırır.

Bundan əvvəl Pentaqonun anomal aerokosmik təhdidlərlə bağlı məlumatların toplanması və təhlili üçün məxfi proqrama sahib olduğu və bunun üçün 22 milyon dollar ayrıldığı bildirilmişdi.    /Cebhe. info/