ABŞ Ukraynaya əlavə yarım milyard dollar ayıracaq – FOTObackend

ABŞ Ukraynaya əlavə yarım milyard dollar ayıracaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya əlavə 457,5 milyon dollar ayıracaq.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Twitter” hesabında yazıb.

O, bildirib ki, vəsait mülki təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsinə yönəldiləcək.

“Birləşmiş Ştatlar insanların həyatını xilas etmək, Ukrayna hüquq-mühafizə orqanlarının və cinayət ədliyyə sisteminin potensialını gücləndirmək üçün əlavə 457,5 milyon dollar mülki təhlükəsizlik yardımı göstərəcək. Biz onların demokratik, müstəqil və suveren Ukraynaya sadiqliyini bölüşürük”, – Blinken qeyd edib.