ABŞ və Çin ticarət danışıqlarına başlayırbackend

ABŞ və Çin ticarət danışıqlarına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin arasında avqustda ticarət danışıqları aparıla bilər.

İnterpress.az xəbər verir ki, bunu “Sous Çayn Morninq Post” qəzeti yayıb.

Görüşdə əsas məqsədin yanvar ayında imzalanmış ticarət razılaşmasının birinci hissəsinin reallaşdırılması prosesinin dəyərləndirilməsi olduğu vurğulanıb.

Danışıqlarda Çin tərəfdən Dövlət Şurasının rəhbərinin müavini Lyu Xe, ABŞ tərəfindən isə Ticarət nümayəndəsi Robert Laytxayzerin iştirak edəcəyi bildirilib.

 

İnterpress.az