ABŞ və İsrailin Tehran hədəfi: “İranın nüvə silahı əldə etmək potensialı…”backend

ABŞ və İsrailin Tehran hədəfi: “İranın nüvə silahı əldə etmək potensialı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ və İsrail İranın nüvə silahı əldə etmək potensialını və bunu müşayiət edən ballistik raket proqramını ən azından minimallaşdırmaq istəyir”.

Bu sözləri İsrailin İranı bombardman etməsinə münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İsrailin İrana aviazərbələrinə ABŞ-nin maraqları kontekstində nəzər salmaq lazımdır:

“İrandakı hədəflərin dəqiq zərbələrlə məhv edilməsi və ya Tehranın hərbi arsenalının zəif duruma salınması əməliyyatının ideya müəllifi və əsas icraçısı İsraildir. ABŞ isə əməliyyatlarda əlinin olduğunu inkar etməyə üstünlük verir. Hərçənd ki, həm Vaşinqtonun hərbi müdaxilə ssenarisinin həmmüəllifi olmasına, həm də İsrailin praktiki güc tətbiqinə köməkçi funksiyalarla qatılması fikri həqiqət kimi səslənə bilər. ABŞ və İsrail İranın nüvə silahı əldə etmək potensialını və bunu müşayiət edən ballistik raket proqramını ən azından minimallaşdırmaq istəyir. Bununla belə, İsraillə ABŞ-nın İranı bombalamaq mövzusunda fikir ayrılıqlarının həll olunduğunu söyləmək olmaz. ABŞ hələ nüvə obyektlərinə zərbə üçün şəraitin yetişmədiyi qənaətindədir. İsraildə İranın obyektlərinin yerləşdiyi yerlərin altındakı bərkimiş nüvə obyektinə nüfuz edə biləcək qırıcıları yoxdur. Həmin obyektləri kökündən sarsıda biləcək silah ABŞ-nin “F-15EX” qırıcılarıdır, lakin Vaşinqton onu İsrailə ixrac etməkdə xəsis davranır. Onu da qeyd edim ki, İranın Ermənistanı qucağında oturtması İsrail üçün məqbul sayılmır, çünki Təl-Əviv bunu, bir-birini bacılar elan edən Tehran-İrəvan müttəfiqliyi kimi qavrayır. Belə olan halda Azərbaycan-Türkiyə-İsrail üçbucağında İranla yanaşı, Ermənistana da yerini göstərmək aktuallıq kəsb edir”.