ABŞ və Venesuela arasında əsir mübadiləsində Venesuela prezidenti Nikolas Maduroya yaxınlığı ilə tanınan iş adamı Aleks Saab 10 Amerika vətəndaşı ilə dəyişdirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ağ Evdən verilən açıqlamaya görə, ABŞ və Maduro administrasiyası arasında əldə olunan razılaşmaya əsasən Venesuelada həbsdə olan 10 amerikalı azad edilib.
Ağ Ev həmçinin ABŞ-da məhkəmə prosesinə məruz qalan Leonard Glenn Francis adlı malayziyalı iş adamının ABŞ-a ekstradisiya edildiyini açıqlayıb.
Dünən axşam Texasdakı Birgə Baza San Antonio Hava Limanına gələn amerikalılar ölkələrinə qayıtmaqdan çox xoşbəxt olduqlarını dilə gətiriblər.
Digər tərəfdən, Vaşinqton administrasiyası Maduroya yaxınlığı ilə tanınan iş adamı Saab-ı mübadilə müqaviləsinə uyğun olaraq azad edib. Bildirilib ki, Karakasda mərasimlə qarşılanan Saab ilə bağlı mətbuat konfransı keçirən Maduro, sözügedən razılaşmadan məmnun olduğunu bildirib.
ABŞ-da Alex Saab-a qarşı korrupsiya ittihamı ilə iddia açılıb və prokurorluq Saab-a qarşı müxtəlif cinayətlərə görə ittiham aktı hazırlayıb. Saab ona qarşı bütün ittihamları rədd edib.
ABŞ administrasiyası uzun müddətdir ki, Maduro administrasiyasının legitimliyini tanımadığını bəyan etmiş və müxalif Xuan Quaydonu tanıdığını bəyan etmişdi.
İki ölkə arasında münasibətlər son həftələrdə yumşalmağa başladı və Maduro 2024-cü ildə ölkəsində müstəqil seçkilər keçirəcəyinə söz verdi.