ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, Türkiyədə “əsrin fəlakəti” adlandırılan zəlzələlərin təkcə Türkiyə və Suriyanı deyil, dünyanı da əhatə etdiyini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Prays zəlzələ görüntülərinin çox təsir edici olduğunu bildirib və insanlara kömək etmək üçün gecə-gündüz çalışdıqlarını qeyd edib.
O, ABŞ-ın Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səylərini dəstəkləmək üçün əlavə avadanlıq və resursları səfərbər etdiyini vurğulayıb.