“Abşeron” – “Azərreyl” matçının vaxtı açıqlanıbbackend

“Abşeron” – “Azərreyl” matçının vaxtı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

İnterpress.az-ın məlumatına görə, ölkə çempionatının V tur qarşılaşmaları fevralın 8-də və 11-də təşkil olunacaq.

Fevralın 8-də öncə meydana “Abşeron” və “Azərreyl” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq.

Saaat 18:00-da isə “Murov” – UNEC duelinə start veriləcək.

Fevralın 11-də II dövrənin son oyunları keçiriləcək. VI turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” –“Murov” komandaları arasında olacaq.

Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək. Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.