2017-ci ildə Azərbaycanda Birinci vitse-prezidentlik institutun yaradılması Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə həyata keçirilmiş Konstitusiya islahatlarının mühüm tərkib hissəsi olmuşdur. Həmin islahatların əsas məqsədi ölkədə dövlət idarəçiliyini təkmilləşdirmək və demokratik dəyişikliklərin səmərəli surətdə həyata keçirilməsinə hüquqi zəmin hazırlamaq idi. Birinci vitse-prezidentlik institutunun yaradılmasından ötən beş il göstərdi ki, zamanın tələbinə və ölkənin ümumi inkişaf tempinə uyğun olaraq atılmış bu addım uğurludur. Birinci vitse-prezidentlik institutunun yaradılması sistem xarakterli institutsionalislahatdır. Amma bu institutsional sistem dəyişikliyinin ilkin dövrdən uğur qazanmasında kadr siyasəti amilihəlledici rol oynayıb və yüksək təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik Mehriban xanım Əliyevanın 21 fevral 2017–ci ildə Birinci vitse-prezident təyin edilməsi bu məsələdə öz sözünü deyib.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentliyinin Azərbaycan dövlətinə ən böyük xidməti onun Azərbaycanın beynəlxalq aləmdə “yumşaq gücünün” inkişafında müstəsna rol oynaması və bununla da ölkəmizin “sərt gücünün” “ağıllı gücə”transformasiyasına mühüm töhfə verməsidir. Beynəlxalq münasibətlərdə sərt güc dövlətin hərbi və iqtisadi qüdrətini, başqa sözlə desək, məcbur etmə qabiliyyətini nəzərdə tutur. Ondan fərqli olaraq, yumşaq güc ölkənin mədəniyyəti, dəyərləri və siyasətlərinin cəlbediciliyi ilə bağlıdır. Yəni sərt güc məcbur edici xarakter daşıdığı halda, yumşaq güc cəzb edir.
Azərbaycanın yumşaq gücünün inkişafı beynəlxalq səviyyədə etiraf olunur. Azərbaycan bu sahədə ən nüfuzlu göstəricilərdən olan Qlobal Yumşaq Gücİndeksinin 2021-ci il üzrə siyahısına daxil edilib. Bu indeksə 2021-ci ildə yüz ölkə salınıb və Azərbaycan onlardan biridir. Müqayisə üçün bildirirəm ki, bir çox keçmiş sovet respublikaları, o cümlədən Ermənistan, Gürcüstan, Moldova, Belarus, Tacikistan, Qırğızıstan bu indeksə, ümumiyyətlə daxil edilməyib. Avropa İttifaqının üzvü olan Baltik ölkələri – Latviya və Litva, eləcə də Qazaxıstan, Özbəkistan və Türkmənistan isə Qlobal Yumşaq güc İndeksində Azərbaycandan geridə qalırlar.Dünyada yumşaq gücün araşdırılması üzrə ən əhatəlitədqiqata və yeddi istiqamətdən ibarət araşdırmayaəsaslanan bu indeksdə Mədəniyyət və İrs, Təhsil və Elm, Xalq və Dəyərlər adlı istiqamətlər Mehriban xanım Əliyevanın fəaliyyətinin xüsusilə fokuslandığı sahələrdir. Bundan əlavə, indeksdəki digər istiqamətlər üzrə də onun əhəmiyyətli töhfəsini müşahidə edirik.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki Zəfərimiz Azərbaycanın sərt gücünün onun hərbi qüdrətinin timsalında zirvədə olduğunu nümayiş etdirdi. Sərt gücün digər əsas komponenti olan iqtisadi qüdrətimiz isə həm qalib ordumuzun quruculuğunda, həm də işğaldan azad edilmiş ərazilərimizin heç kəsin köməyi olmadan sürətlə dövlətimiz tərəfindən yenidən qurulmasında özünü təcəssüm etdirir. Buna görə də əminliklə demək olar ki, Azərbaycanın sərt gücünün memarı Prezident İlham Əliyevdir. 44 günlük müharibə və ondan sonrakı dövrdə təsdiq olundu ki, Azərbaycan təkcə sərt gücə arxalanmır. Eyni zamanda, ölkəmizin yumşaq gücü möhkəmlənməkdədir və prosesin uğurla getməsində Mehriban xanım Əliyeva fəal rol oynayır.
Bu kontekstdə, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Prezident İlham Əliyevlə tandem təşkil edərək Azərbaycanı irəli aparır. Bu isə Azərbaycanın sərt gücünün ağıllı gücətransformasiyasının əsasında durur. Çünki ağıllı güc sərt və yumşaq güc strategiyalarının kombinasiyasından doğur. Mehriban xanım Əliyevanın yumşaq güc strategiyasına yanaşmasının özəlliyi onun Azərbaycanın mədəniyyət diplomatiyasını formalaşdırması və onun imkanlarını səmərəli və tam şəkildə tətbiq etməsidir. Bu baxımdan Mehriban xanım Əliyeva Azərbaycanın mədəniyyət diplomatiyasının memarıdır. O, mədəniyyət diplomatiyası quruculuğuna hələ Birinci vitse-prezident təyin olunmazdan xeyli əvvəl Heydər Əliyev Fondunun prezidenti olaraq başlamışdı və Azərbaycanı dünyada tanıdan çoxsaylı mədəni layihələrin və silsilə tədbirlərin həyata keçirilməsinə təşəbbüskarlıq və rəhbərlik etmişdir.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurunu təmin edən əsas şərtlərdən biri məhz onun artıq bu vəzifəyə təyin olunan qədər fəaliyyəti, xüsusən də Heydər Əliyev Fondunun prezidenti olaraq böyük əməli işlər ilə yazdığı uğur hekayəsidir. O, UNESCO-nun və müsəlman aləmini əhatə edən İSESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi eyni zamanda Şərqdə və Qərbdə, Asiyada və Avropada təmsil edir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi Mehriban xanım Əliyevanın tarixi nailiyyətidir. Mehriban Əliyevanın dinlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlığa verdiyi töhfə, Azərbaycanda tolerantlıq və multikulturalizmin təbliği, eləcə də Azərbaycan tolerantlığının vəmultikulturalizminin dünyada tanıdılmasında əməyi misilsizdir.
Onun Azərbaycanda keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya kimi beynəlxalq idman və musiqi tədbirlərində yüksək təşkilatçılıq bacarıqları nəticəsində Azərbaycanın dünyada mütərəqqi ölkə imici güclənmişdir. Habelə, Heydər Əliyev Fondunun Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə Vatikanda və Fransada kilsələrin və müqəddəs yerlərin bərpasında göstərdiyi xidmətlər Azərbaycanın nüfuzunu möhkəmləndirmişdir. Bu siyasətin bəhrəsini Vətən müharibəsində və ondan sonrakı dövrdə də gördük. Ermənistan və onun bəzi tərəfkeşləri müharibəyə dini don geyindirməyə və qələbəmizə kölgə salmağa cəhd göstərsələr də, belə cəhdlər iflasa uğradı. Onların iflasında Azərbaycanın tolerant və multikultural ölkə olaraq dünyada dinlər və sivilizasiyalar arasında dialoqa, anlaşmaya və sülhə töhfə verən dövlət kimi tanınmasıvə şöhrət qazanması əsas rol oynamışdır.
Azərbaycanın bu cür mütərəqqi, sülhsevər və bəşəri dəyərlərə ehtiramla yanaşan ölkə kimi nüfuzunun formalaşmasında Mehriban xanım Əliyevanın qurduğu və onun rəhbərliyi ilə həyata keçirilən mədəniyyət diplomatiyasının rolu əvəzsizdir. Mədəniyyət diplomatiyasının əsas funksiyası xarici auditoriyaların və beynəlxalq ictimaiyyətin ölkəmiz haqqında müsbət və xoş rəyinin formalaşdırılmasıdır. Xarici auditoriyaların münasibəti və beynəlxalq ictimai rəy isə yumşaq gücün özəyini təşkil edir. Beləliklə, mədəniyyət diplomatiyamızın memarı Mehriban xanım Əliyeva dünyada Azərbaycanın yumşaq gücünün bayraqdarıkimi tarixi missiyanı müvəffəqiyyətlə yerinə yetirir.