AEBA-nın missiyaları Ukraynadakı bütün atom elektrik stansiyalarında işə başlayıbbackend

AEBA-nın missiyaları Ukraynadakı bütün atom elektrik stansiyalarında işə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) daimi missiyaları Ukraynanın bütün atom elektrik stansiyalarında işə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” şirkəti məlumat yayıb.

“Artıq Ukraynanın bütün atom elektrik stansiyalarında AEBA-nın daimi missiyaları fəaliyyət göstərir”, – şirkətin teleqram kanalında yer alan məlumatda qeyd olunub.

Şirkətin məlumata görə, AEBA nümayəndələri son bir həftə ərzində Ukraynanın bütün atom elektrik stansiyalarına gəliblər: “Hazırda mütəxəssislər XAES-də (Xmelnitski AES) işə başlayıblar, indi isə daimi nümayəndəliklər Rovne, Çernobıl, Cənubi Ukrayna və Xmelnitski AES-lərdə işləyəcəklər”.