AFFA-nın 2021-ci il üçün gəlirləri və xərcləri məlum oldubackend

AFFA-nın 2021-ci il üçün gəlirləri və xərcləri məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə AFFA-nın xərcləri və gəlirləri açıqlanıb.

Bu barədə qurumun növbəti Konfransında bildirilib.

Gəlirlər 26 636 579 manat, xərclər isə 21 845 243 manat təşkil edib.

Gəlirlərin 12 000 000 manatı SOCAR, 5 016 000 manatı UEFA-dan, 5 742 346 manatı yayımdan, 2 923 188 manatı FIFA-dan, 47 200 manatı “Coca Cola”dan, 16 874 manatı UNİCEF-dən, 236 000 manatı Paşa Sığortadan, 123 900 manatı “Procter and Gamble”dən, 530 646 manatı isə digər mənbələrdən daxil olub.