Afinanın mərkəzində atışma nəticəsində iki nəfər ölübbackend

Afinanın mərkəzində atışma nəticəsində iki nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afina şəhərinin mərkəzində baş verən atışmada azı iki nəfər ölüb, daha bir nəfər yaralanıb.

bu barədə Yunanıstanın EPT1 telekanalı məlumat yayıb.

Hadisə Afinanın Nea Smyrni meydanında axşam saatlarında insanlarla dolu olan kafedə baş verib.

Hücum edən şəxs milliyyətcə alban olan kişiyə tapançadan atəş açıb və o, hadisə yerində ölüb. Güllə yarası alan digər şəxs isə xəstəxanada dünyasını dəyişib.

Digər yaralı olan 35 yaşlı qadının ciddi xəsarətləri olsa da, həyatı üçün təhlükə yoxdur. Yerli sakinlərin sözlərinə görə, azı 5 atəş səsi eşidilib.

Polisin məlumatına görə, ölən alban yerli cinayətkar qruplaşmanın üzvü olub. Digər şəxslər sadəcə kafeyə gələn qonaqlar olub.