Ağ Ev Corc Klunini “hərbi cinayətkar” ADLANDIRDIbackend

Ağ Ev Corc Klunini “hərbi cinayətkar” ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Corc Klunini “müharibə cinayətkarı” adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

ABŞ-nin hazırkı administrasiyası ilə tanınmış aktyor Corc Kluni arasında maraqlı qalmaqal yaşanıb.

Aktyorun prezident Donald Trampın İranla bağlı təhdidlərini “hərbi cinayət” adlandıraraq tənqid etməsi Ağ Evin sərt reaksiyasına səbəb olub.

Ağ Ev rəsmiləri Kluninin ittihamlarına cavab olaraq bildiriblər ki, “yeganə hərbi cinayətkar, dəhşətli filmləri və aktyorluq oyununa görə Klunidir”.

Corc Kluni öz növbəsində bu açıqlamanı “uşaqca təhqirlər” adlandıraraq, tərəfləri şəxsiyyətləri deyil, siyasi məsələləri müzakirə etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az