Ağcabədidə avtomobil piyadanı vuraraq öldürübbackend

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Ağcabədi-Zərdab yolunun rayonun Taxta Körpü qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 1997-ci il təvəllüdlü Sənani Əhmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolun ortasında dayanmış vəziyyətdə olan piyada Kamil Fətəliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.