Ağcabədidə gənclərin iştirakı ilə təmizlik aksiyası keçirilibbackend

Ağcabədidə gənclərin iştirakı ilə təmizlik aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə təşkil olunan “Təmiz Aran” layihəsinin ikinci günündə “ASAN Könüllüləri” və “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin gənclərinin iştirakı ilə Ağcabədi rayonunda təmizlik aksiyası baş tutub.

İnterpress.az xəbər verir ki, ilk növbədə Ağcabədi regional “ASAN xidmət” mərkəzində layihə iştirakçıları ilə ilkin görüş keçirilib ardınca iştirakçılar üçün çay süfrəsi təşkil olunub. Daha sonra isə iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edib.

Daha sonra isə Ağcabədi rayonundan Qarqar çayının sahilyanı ərazisində və əhalinin sıx olduğu ərazilərdə Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllüləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin gənclərinin iştirakı ilə təmizlik aksiyası həyata keçirilib.

Yekunda isə iştirakçılar sertifikatlarla təltif edilib,təşkilatı dəstək üçündə tərəfdaş qurumun nümayəndəsinə promo məhsul və sertifikat verilib.

Layihənin əsas məqsədi ətraf mühitin təmizlənilməsi, əhalinin sıx olduğu ərazilərin tullantılardan azad edilməsi və cəmiyyətimizdə ekoloji məsuliyyətin gücləndirilməsidir.

Qeyd edək ki, layihənin növbəti günü Yevlax regionunda ASAN Könüllüləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin iştirakı ilə həyata keçiriləcək.