Ağstafada 31 yaşlı kişi bıçaqlanıbbackend

Ağstafada 31 yaşlı kişi bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsindəki “Yaşıl məkan” kafesinin qarşısında rayon sakini, 1989-cu il təvəllüdlü Elnur Nəsibov tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun ürək nayihəsinə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köçəsgər kənd sakini, 1979-cu il təvəllüdlü Qalib Fərəcov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlayıb.

 

İnterpress.az