Ağstafada monitorinq həyata keçirilibbackend

Ağstafada monitorinq həyata keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə sanitar-karantin qaydalarına əməl olunmasına dair növbəti monitorinq həyata keçirilib.

İnterpress.az xəbər verir ki, ictimai nəqliyyatda- taksi, avtobuslarda, rayon ərazisindəki market, iri ticarət və ictimai-iaşə obyektlərində vətəndaşların COVİD-19 pasportunun olub-olmaması, tibbi maskalardan istifadə qaydalarına əməl olunması, sosial məsafənin qorunması qaydalarına diqqət yetirilib.

Əhalinin daha sıx olduğu yerlərdə müvafiq profilaktiki tədbirlər görülüb.

Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.