Aİ 250 milyon vətəndaşının vaksinasiyasını tamamlayıb – VİDEObackend

Aİ 250 milyon vətəndaşının vaksinasiyasını tamamlayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı 250 milyon vətəndaşına koronavirusa qarşı iki doza peyvənd vuraraq, onların vaksinasiyasını tamamlayıb.

Bu barədə səhiyyə üzrə Avropa komissarı Stela Kiriakides sosial şəbəkə səhifəsində paylaşım edib.

O, qeyd edib ki, Aİ yeni COVID ştamları ilə mübarizədə vaksinasiyanı ən etibarlı üsul hesab edir.

Həmçinin, komissar Aİ-nin yetkin əhalinin 70%-nin peyvənd olunmasını hədəflədiyini bildirib.