Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Qazaxıstana gedəcəkbackend

Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Qazaxıstana gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi David O’Sullivan noyabrın 28-də Qazaxıstana rəsmi səfər edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Aİ-nin Qazaxıstandakı nümayəndəliyindən bildirilib.

Onun səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir.

Bu, onun Qazaxıstana ikinci səfəridir.

D. O’Sullivan ilk dəfə 7 ay əvvəl, bu ilin aprel ayında Qazaxıstanda olub.

Qeyd edək ki, Avropa Komissiyası Ukraynaya qarşı müharibənin başlamasından bəri Rusiyaya tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən yayınmamaq üçün bu sanksiyalar üzrə xüsusi nümayəndə vəzifəsini təsis edib.