Avropa Komissiyası qaçqınların qəbulu sistemini gücləndirmək üçün Litvaya təxminən 10 milyon avro ayırıb.
İnterpress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.
Məlumata görə, vəsaitin ayrılmasında məqsəd Avropa İttifaqının (Aİ) xarici sərhədinin potensialının gücləndirilməsi, qaçqınların qəbulu və yerləşdirilməsi üçün şəraitin təmin edilməsidir.