Aİ Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurubbackend

Aİ Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkə müharibə səbəbilə bu günə qədər Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avropa Komissiyasının sözçüsü Kristian Viqand Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin müharibə səbəbiylə indiyə qədər dondurduğu Rusiya Mərkəzi Bankının aktivləri ilə bağlı açıqlamalar verib.

Aİ-nin 10-cu sanksiya paketi çərçivəsində üzv ölkələrdəki qurumların Rusiya Mərkəzi Bankının bloklanan aktivləri və ehtiyatları ilə bağlı mayın 12-dək Aİ Komissiyasına məlumat vermək məcburiyyətində olduğunu xatırladıb.

Aİ-yə üzv dövlətlər Komissiyaya təqdim edilən Rusiya Mərkəzi Bankının 200 milyard avronu aşan aktivlərini dondurduqlarını bildirib.

Ukraynaya vurduğu zərərin əvəzini Rusiyanın ödətdirməkdə qərarlı olduqlarına diqqət çəkən Viqand, bu mövzuda işlərin intensiv şəkildə davam etdiyini qeyd edib.

Rusiyanın Ukraynadakı dondurulmuş aktivlərinin istifadə variantlarından birinin də Rusiya Mərkəzi Bankının qaynaqları olduğunu ifadə edən Viqand, bu aktivlərin faizinin Ukrayna üçün istifadə oluna biləcəyini vurğulayıb.

Viqand, Rusiya aktivlərinin necə qiymətləndiriləcəyi məsələsinin Aİ Şurasının strukturunda yaradılan işçi qrupda müzakirə edildiyini və bu qrupun dünən son iclasını keçirdiyini bildirib.

Qərb ölkələrində Rusiya Mərkəzi Bankının ümumilikdə 300 milyard dollar olan ehtiyatları Rusiya-Ukrayna müharibəsi səbəbindən dondurulub.