Aİ Ukraynaya hərbi yardımı davam etdirə bilməyəcək, çünki bunun üçün pul yoxdur – Orbanbackend

Aİ Ukraynaya hərbi yardımı davam etdirə bilməyəcək, çünki bunun üçün pul yoxdur – Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Ukraynaya hərbi yardımı davam etdirə bilməyəcək, sadəcə olaraq bunun üçün pul yoxdur.

İnterpress.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

Macarıstan Aİ liderlərinin Ukraynaya hərbi dəstəyi davam etdirmək cəhdlərini məsuliyyətsizlik hesab edir. Çünki Aİ ölkələrinin bunun üçün sadəcə olaraq pulu yoxdur.

O, cümə axşamı günü Brüsseldə keçirilən sammitdə Macarıstanın digər 26 Aİ dövlətindən fərqli olaraq, Ukrayna ilə bağlı ümumi bəyanatı təsdiqləməkdən niyə imtina etdiyini izah edib.

Əsas səbəb onun münaqişənin sülh yolu ilə həllini dəstəkləyən Macarıstanın mövqeyinə zidd olmasıdır.

Üstəlik, Macarıstan əmindir ki, münaqişəni döyüş meydanında həll etmək mümkün deyil və Ukrayna bundan qalib çıxa bilməyəcək.

Xuraman Etibarlı

İnterpress.az