Almaniyanın müdafiə naziri Boris Pistorius 2031-ci ilə qədər Almaniya Silahlı Qüvvələrində (Bundesver) hərbi personalın sayını 203 minə çatdırmaq məqsədinə nail olmaq üçün əllərindən gələni edəcəklərini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nazir Pistorius Kölndə Silahlı Qüvvələrin Personal İdarəetmə Federal İdarəsini ziyarət etdikdən sonra jurnalistlərə açıqlama verib.
183 min personalı olan Alman ordusunda 2031-ci ilə qədər 203 min hərbi personal hədəfinə çatmaq üçün çalışdıqlarını ifadə edən Pistorius, indiki vəziyyətdə bu hədəfə çata biləcəklərini bilmədiklərini, ancaq müəyyən bir nöqtədə olduğunu vurğulayıb.
O, COVID-19 epidemiyasından sonra müraciət edənlərin sayında azalma olduğunu və ixtisaslı kadr çatışmazlığının ən böyük problem olduğunu qeyd edib.