Hakim koalisiyanın bir hissəsi olan Almaniya Sosial Demokrat Partiyası (SPD) qlobal çağırışlar və böhranlar fonunda xarici və təhlükəsizlik siyasətinə, o cümlədən Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirməyi planlaşdırır.
“Report”un məlumatına görə, bu barədə DPA partiyanın sənədinə istinadən xəbər verir.
Qeyd olunub ki, Almaniya çoxdan Rusiya ilə ortaq gələcəyə arxalanırdı, lakin bu ölkədə əsaslı dəyişikliklər baş verənə qədər Avropanın təhlükəsizliyinin təmin edilməsi Rusiyanın hərəkətlərindən müdafiəni əhatə etməlidir.
“Dünyadakı öz rolumuza yenidən baxmağın və rifahımızın, azadlığımızın və sülhümüzün təməli olan qaydalara əsaslanan beynəlxalq nizam üçün daha böyük məsuliyyət götürməyin vaxtıdır”- , sənəddə deyilir.






