Almaniya və ABŞ müdafiə nazirləri Ukraynaya dəstəyi bir daha bəyan ediblərbackend

Almaniya və ABŞ müdafiə nazirləri Ukraynaya dəstəyi bir daha bəyan ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya və ABŞ müdafiə nazirləri Ukraynaya dəstəyi bir daha bəyan ediblər.

Bu barədə İnterpress.az yerli mediaya istinadın xəbər verir.

Almaniyanın müdafiə naziri Boris Pistorus və ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb.

Pistorius bu gün Bundestaqda and içdikdən sonra Müdafiə Nazirliyində amerikalı həmkarı Ostin ilə görüşüb.

Görüşdən əvvəl açıqlama verən Pistorius, keçmişdə olduğu kimi bu gün də ABŞ-ın Almaniyanın ən mühüm müttəfiqi olduğunu bildirərək, Rusiya prezidenti Vladimir Putinin başlatdığı müharibənin NATO-ya güclü ittifaq qadir olduğunu sübut etmək imkanı verdiyini bildirib.