Almaniyadan Türkiyənin zəlzələ baş verən bölgəsinə gələn axtarış-xilasetmə qrupları ölkələrinə qayıdıb.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Türkiyənin 10 vilayətində baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işləri üçün bölgəyə gedən Almaniyadan gələn qruplar missiyalarını başa vuraraq geri dönüblər.
Bildirilib ki, yardım qrupları çalışdıqları Hatay bölgəsində 4 nəfəri dağıntılar altından sağ çıxarıblar.