Alp dağlarının 3000 metr yüksəkliyində yanğın baş verdi – FOTObackend

Alp dağlarının 3000 metr yüksəkliyində yanğın baş verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin Alp dağlarında 3000 metr yüksəklikdə yanğın baş verib.

Yanğın dağın zirvəsində Le Dyablere xizək stansiyasında meydana çıxıb. Ərazidə həmçinin ulduz memar Mario Botta tərəfindən hazırlanmış panoramik restoranın da yerləşdiyi bildirilir.

Polisin verdiyi məlumata görə, yanğının söndürülməsi çətindir. Çünki obyekt dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşir və ona yalnız helikopterlə çatmaq olar.

Yanğın zamanı hadisə yerində heç kim olmayıb. Bu səbəbdən də xəsarət alan olmayıb.

Kanat yolunun texniki sistemlərinin nə qədər zərər çəkdiyi hələlik bəlli deyil. Kanat yolunun bağlanacağı bildirilib.

Yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

 

Mənbə: Yevropeyskaya pravda