Alyaska və Çukotka tunellə BİRLƏŞDİRİLİR: Rusiya və ABŞ-dən TARİXİ SAZİŞ – FOTObackend

Alyaska və Çukotka tunellə BİRLƏŞDİRİLİR: Rusiya və ABŞ-dən TARİXİ SAZİŞ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alyaska ilə Çukotka birləşdirilir. Rusiya və ABŞ nəqliyyat tunelinin layihələndirilməsi barədə saziş imzalayır

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Dmitriyev məlumat yayıb.

Rusiya və ABŞ arasında strateji əhəmiyyətə malik yeni bir infrastruktur layihəsinin təməli qoyulur.

Rəsmi şəxsin sözlərinə görə, tərəflər Alyaska (ABŞ) ilə Çukotka (Rusiya) arasında nəqliyyat tunelinin layihələndirilməsi ilə bağlı sazişi artıq sabah imzalayacaqlar.

Dmitriyev qeyd edib ki, bu layihə iki ölkə arasında həm geosiyasi, həm də iqtisadi əlaqələrin inkişafı üçün böyük önəm daşıyır:

“Tunel layihəsi ölkələrimiz arasında həyata keçiriləcək ən böyük infrastruktur layihələrindən biri olacaq”.

Layihənin reallaşması qlobal logistika xəritəsində əsaslı dəyişikliklərə səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az