AMANSIZ QƏTL: Psixi problemləri olan qadın 5 yaşlı qızını boğaraq ÖLDÜRDÜ – VİDEObackend

AMANSIZ QƏTL: Psixi problemləri olan qadın 5 yaşlı qızını boğaraq ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ana 5 yaşlı qızını onu təhqir etdiyi üçün boğaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiyanın Açinsk şəhərində qızını götürərək qaçan 32 yaşlı qadın öz övladını qətlə yetirdiyini etiraf edib.

Psixi problemləri olan qadın istintaqa bildirib ki, 5 yaşlı qızı onu “axmaq” adlandıraraq təhqir edib.

Bu səbəbdən o, mağazaya getmək bəhanəsi ilə azyaşlı qızını dəmir yolu xətlərinin yaxınlığına apararaq orada boğub.

Hadisədən sonra qadın barəsində federal axtarış elan olunub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, Novosibirsk şəhərində saxlanılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb və genişmiqyaslı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az