Amerika Kuboku-2024-ün bütün iştirakçıları müəyyənləşibbackend

Amerika Kuboku-2024-ün bütün iştirakçıları müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Kuboku-2024-ün bütün iştirakçıları bəlli olub. Kosta-Rika – Honduras yığmaları arasındakı matçda turnirin sonuncu iştirakçısı müəyyənləşib.

Kuboka vəsiqə uğrunda həlledici görüşdə Kosta-Rika yığması 3:1 hesabı ilə qalib gəlib.

A qrupu: Argentina, Peru, Çili, Kanada

B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka

C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya

D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika.

Xatırladaq ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Qrup mərhələsi iyunun 20-dən iyulun 2-dək, ardınca iyulun 4-dən 6-dək 1/4 final, 9 və 10 iyulda yarımfinal, 13-də isə üçüncü yer uğrunda görüşlər keçiriləcək. Final oyunu iyulun 14-də Mayamidə keçiriləcək.

Amerika Kubokunun oyunlarına ABŞ-nin 14 şəhəri ev sahibliyi edəcək.