AQTA-dan deputata cavab: “1400 manat cərimə yoxdur”backend

AQTA-dan deputata cavab: “1400 manat cərimə yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Milli Məclisin deputatı Tahir Kərimliyə cavab verib.

AQTA-dan bildirilib ki, Milli Məclisin ötən gün keçirilən iclasında deputatın qurumun fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər araşdırılıb. Məlumatda bildirilib ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil:

“Eyni zamanda İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bu günədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb .

Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq. AQTA səlahiyyətlərinə uyğun olaraq, qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik çərçivəsində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir”.