Araik Arutyunyan Ermənistan Baş naziri aparatının rəhbərliyindən İSTEFA VERDİbackend

Araik Arutyunyan Ermənistan Baş naziri aparatının rəhbərliyindən İSTEFA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araik Arutyunyan Ermənistan Baş nazirinin aparat rəhbəri vəzifəsindən gedir.

İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan vəzifəsini tərk edir. Onun artıq istefa ərizəsi yazdığı bildirilir.

KİV-də yayılan məlumatlara görə, onun yerinə Ermənistanın ABŞ-dəki keçmiş səfiri və baş nazirin hazırkı müşaviri Lilit Makuntsun təyin ediləcəyi gözlənilir.

Daha əvvəl mətbuatda Arutyunyanın başqa bir mühüm vəzifəyə keçəcəyi barədə məlumatlar yayılmışdı.

Belə ki, onun həbs edilən iş adamı Qaqik Tsarukyanın yerinə Ermənistan Milli Olimpiya Komitəsinin yeni rəhbəri təyin olunacağı iddia edilir.

Xuraman Etibarlı

İnterpress.аz