Araşdırma: 2026-cı ilə qədər hərbi dronların qlobal bazarı 19 milyard dollara çatacaqbackend

Araşdırma: 2026-cı ilə qədər hərbi dronların qlobal bazarı 19 milyard dollara çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal hərbi dron bazarı 2021-ci ildəki satışları ilə müqayisədə 2026-cı ilə qədər 7,3% artacaq və 18,9 milyard dollara çatacaq.

“Report” xəbər verir ki, bu barədə “Research and Markets” analitik şirkətinin araşdırmasında deyilir.

Araşdırmada deyilib ki, 2021-ci ildə hərbi pilotsuz təyyarələr bazarı 13,3 milyard dollara çatıb, 2016-cı illə müqayisədə artım 2,5% təşkil edib. Tədqiqatçılar qeyd ediblər ki, dron bazarının böyüməsi təhlükəsizlik sahəsində dövlət xərclərinin artması, daxili və xarici təhlükələrin artması ilə stimullaşdırılacaq.

Gələcəkdə hərbi pilotsuz təyyarələr bazarının böyüməsinə mane ola biləcək amillərə kiberhücumların artması, onların alınması və istismarı üçün qaydaların sərtləşdirilməsi daxildir.

Eyni zamanda, uzun mənzilli hibrid dronlar ən sürətlə böyüyən bazar seqmenti olacaq. Regionlar arasında dron alışında ən böyük artım Qərbi Avropa və Şimali Amerikada olacaq. Dron bazarının böyüməsinə 3D çap texnologiyaları və süni intellekt təsir göstərəcək.