Rusiya ilə Argentina arasında atom sahəsində əməkdaşlıq dayandırılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Argentina Rusiya ilə dinc atom (nüvə enerjisi) sahəsində əməkdaşlığı dayandırıb. Bu barədə Rusiyanın Buenos-Ayresdəki səfiri Dmitri Feoktistov məlumat verib.
Səfir iki ölkə arasında dinc atom sahəsindəki birgə layihələrin dondurulduğunu qeyd edib.
Bununla belə, diplomat hər iki ölkənin şirkətlərinin elektroenergetika sahəsində birgə fəaliyyətə və tərəfdaşlığa böyük maraq göstərdiyini bildirib.
Rəsmi tərəflər dinc atom sahəsindəki fasiləyə baxmayaraq, iki ölkə arasındakı digər alternativ enerji layihələrinin inkişaf etdirilə biləcəyini ehtimal edirlər.
Xuraman Etibarlı
İnterpress.аz






