Ata 12 yaşlı oğlunu ağaca bağlayıb döydübackend

Ata 12 yaşlı oğlunu ağaca bağlayıb döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda şok hadisə baş verib.

Hadisə rayonun Cəlilli kəndində baş verib.

İlkin məlumata görə, 12 yaşlı oğlan atası tərəfindən ağacla döyülərək xəsarət alıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərilib.

***

Tovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, uşağı atası Şahin Mustafayev ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb.