Bağrat Qalstanyan yenidən “Artsaxa qayıdış” çağırışı edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat ysayıb.
Ermənistanın arxiyepiskopu Bağrat Qalstanyan “Artsaxın müstəqillik günü” münasibətilə çıxış edərək ermənilərin Qarabağa qayıtmaq ideyasından imtina etməməyə çağırıb.
Qalstanyan həmçinin Azərbaycanda həbsdə olan ermənilərin azad olunmasını və “qələbə uğrunda mübarizənin” davam etdirilməsini vacib sayıb.
Arxiyepiskopun sözlərinə görə, bu mübarizənin alternativi yoxdur. Görünür, reallıq dəyişsə də, bəzi dairələrdə köhnə ritorikanın “alternativi” hələ də tapılmayıb.
Qalstanyanın çağırışları Ermənistan cəmiyyətində revanşist ritorikanın tamamilə aradan qalxmadığını bir daha göstərir.
Halbuki bölgədə yeni reallıqlar formalaşıb və “köhnə günlərə qayıdış” çağırışları daha çox siyasi ritorika təsiri bağışlayır.
Xuraman Etibarlı
İnterpress.az






