Almaniyada ən böyük elektrik stansiyasına raket hücumu planı ÜZƏ ÇIXDI – FOTObackend

Almaniyada ən böyük elektrik stansiyasına raket hücumu planı ÜZƏ ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brandenburqda elektrik stansiyasına kustar raketlərlə hücum planı aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Brandenburq polisi məlumat yayıb.

Bildirilib ki, Almaniyanın Brandenburq əyalətindəki elektrik yarımstansiyasına hücum üçün hazırlanmış 20-dən çox kustar raket aşkarlanıb.

Hücum edənlərin raketlər vasitəsilə yüksək gərginlik xətlərinə mis naqillər ataraq qısaqapanma yaratmaq və elektrik təchizatını pozmaq istədikləri ehtimal olunur.

Məlumata görə, ən azı iki raket hədəfə çataraq yüksək gərginlik xətlərinə cüzi ziyan vurub.

Brandenburqun daxili işlər naziri Yan Redmann hadisəni enerji infrastrukturuna qarşı təxribat kimi qiymətləndirib.

İstintaq çərçivəsində solçu ekstremistlərin və xarici diversantların iştirakı versiyaları araşdırılır.

Polis hadisə ilə bağlı terrorizm və terror təşkilatının yaradılması şübhələri üzrə araşdırma aparır.

Xuraman Etibarlı

İnterpress.az