Overçuk Paşinyanın Rusiya Dəmir Yolları ilə bağlı fikirlərinə MÜNASİBƏT BİLDİRDİbackend

Overçuk Paşinyanın Rusiya Dəmir Yolları ilə bağlı fikirlərinə MÜNASİBƏT BİLDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistandan Cənubi Qafqaz Dəmir Yollarının konsessiyasının verilməsi ilə bağlı rəsmi müraciət almayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı dərin müzakirələr aparılmayıb və Ermənistan tərəfindən heç bir rəsmi müraciət daxil olmayıb.

Overçuk Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Dəmir Yollarının Ermənistan üçün “zəhərli” olması barədə fikirlərinin reallıqla əlaqəsi olmadığını da bildirib.

Xuraman Etibarlı

İnterpress.az