Moskva vilayətində qızın qulağında diri tarakan aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva vilayətində gənc qız qulağında kəskin ağrı və içəridə “nəyinsə hərəkət etdiyi” hissi ilə həkimə müraciət edib.
Müayinə zamanı həkim qulaq kanalının dərinliyində diri tarakan aşkarlayıb.
Həşərat hərəkətsizləşdirilərək qulaqdan çıxarılıb. Hazırda qızın eşitməsi üçün təhlükə olmadığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






